Millət vəkili Emin Hacıyev: Qəbul imtahanlarında Sumqayıt məktəbliləri yenə irəlidə”

Millət vəkili Emin Hacıyevin «Qəbul imtahanlarında Sumqayıt məktəbliləri yenə irəlidə» adlı məqaləsi dərc olunub.

Məqalədə deyilir: “Çində ortaya çıxan və bütün dünyada milyonlarla insanın yoluxmasına səbəb olan COVİD-19 bütün sahələr kimi təhsil sistemini də təsiri altına saldı və bu sahəyə yeni qaydalar gətirdi. Xüsusilə şagirdlərin alışmadığı uzaqdan təhsil həyatımızın bir parçasına çevrildi. Mütəxəssislərə görə, planlaşdırılmayan distant təhsilin psixoloji təsirləri az deyil. Yaşanan dəyişikliyin təhsilin gələcəyinə necə təsir edəcəyini alimlər, ekspertlər geniş müzakirə edirlər.

Təhsilimiz üçün bu qədər gözlənilməz bir şəraitdə Sumqayıt şəhərindən bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin göstərdiyi nəticələr olduqca sevindiricidir. Rəsmi məlumata görə, bu il qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələri yenə də Sumqayıt məktəbliləri göstəriblər.

Millət vəkili seçildiyim şəhərdə elmə, təhsilə belə böyük marağın olmasından, pandemiyanın uşaqların oxumaq həvəsini azaltmamasından qürur duydum. Onları ən çətin vəziyyətdə qalib olmağı bacaran qəhrəmanlar hesab edirəm.

Bildirilir ki, bu il qəbul imtahanlarında 2385 abituriyent iştirak edib. Onlardan 118 abituriyent 600-dən yuxarı bal toplayıb.
Məktəblər üzrə təsnifatla bağlı verilən məlumat isə belədir: Təbiət elmləri təmayüllü gimnaziyadan 26, Texniki və təbiət elmləri liseyindən 15 abituriyent, İstedad liseyindən 8, 12 nömrəli tam orta məktəbdən 9, 31 nömrəli tam orta məktəbdən 7, Təfəkkür liseyindən 6, 35 nömrəli tam orta məktəbdən 6, 4 nömrəli tam orta məktəbdən 5 abituriyent 600-dən yuxarı bal toplayıb.

Təbiət elmləri təmayüllü gimnaziyada abituriyentlərin 44,8 faizi, Texniki və təbiət elmləri liseyində 26,3 faizi, İstedad liseyində 22,8 faizi, 40 nömrəli tam orta məktəbdə 22,2 faizi, Təfəkkür liseyində 17 faizi, 12 nömrəli tam orta məktəbdə 12,5 faizi, 31 nömrəli tam orta məktəbdə 10 faizi 600-dən yuxarı bal toplayıb.

Sumqayıt təhsil sisteminin uğuru burada istənilən şəraitdə yeni nəslə və təhsilə münasibətdə ciddi məsuliyyət hissinin olduğunun ən bariz nümunəsidir.

Yaxın günlərdə yüksək bal toplayaraq tələbə adını qazanan sumqayıtlı gənclərlə görüşüb onları təbrik etməyi və təhsillərində uğurlar arzulamağı planlaşdırıram”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib