Qurban Məmmədov axtarışa verildi
Avropada mühacitdə olan hüquqşünas Qurban Cəlal oğlu Məmmədovun barəsində cinayət işi başlanıb.
Baş Prokurorluq tərəfindən onun barəsində Cinayət Məcələsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəri ilə ittiham elan edilib.
İstintaq orqanı Qurban Məmmədovun barəsində həbsli axtarış elan edilməsi üçün Nəsimi rayon Məhkəməsinə təqdimat verib.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP