İnformasiya təhlükəsizliyi sahəsində də Azərbaycan -Türkiyə əməkdaşlığının yeni dönəmi açılır

“Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi bütün əlamətləri ilə ortadadır.Bir vaxtlar bəzi sahələrdə yavaş və ehtiyatlı addımlar atılırdısa, indi həmin istiqamətlərdə az qala sıçrayışlı gedişlərin şahidi oluruq.” Bu  fikirləri  “Bakıxəbər” qəzetinin  baş redakroru Aydın  Quliyev  deyib. “Bu dəyişikliklər iki ölkənin bütün qardaşlıq və birlik tarixi ərzində keyfiyyətcə yeni mərhələ kimi xarakterizə oluna bilər.Dəyişikliyin nə qədər dərin və əhatəli olduğu Ermənistanın 12 iyul Tovuz təxribatları zamanı daha qabarıq biruzə verildi.Bu ana kimi Türkiyə Azərbaycanın sadəcə ərazi bütövlüyü prinsipinin dəstəklənməsi mövqeyində idisə, “Tovuzdan”sonra “Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq”formasında tam yeni keyfiyyət halına keçdi.Razılaşmaq lazımdır ki, “ərazi bütövlüyü prinsipini dəstəkləməklə” “ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq “arasında fərq konkretdir və böyükdür.

Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövr 12 iyul Tovuz təxribatından sonra başladı.Yeni mərhələnin əlamətləri qarşılıqlı iqtisadi, ticarət, investisiya sahələrində sürətli artım, hərbi və xarici siyasətin daha sıx əlaqələndirilməsi səviyyəsində özünü aydın göstərir.İki ölkənin rəsmi hərbi müttəfiqlik barədə müqaviləsi olmasa da, əməkdaşlığın məzmununda və ruhunda hərbi müttəfiqliyin real əlamətləri var . Mübahisəsiz faktdır ki, pandemiya digər əksər ölkələrin ikitərəfli əməkdaşlıqlarını xeyli dərəcədə yavaşıtdığı halda , Azərbaycan-Türkiyə əlaqələrində başqa mənzərənin şahidi oluruq.İllər öncə iki ölkənin əməkdaşlığının daha da dərinləşməsinə və şaxələndirilməsinə mane olan faktorlar bir-bir sıradan çıxmağa başlayır, həm də bu faktorların əsasən geosiyasi amillərlə bağlı olduğunu da görməmək mümkün deyil.

İnformasiya təhlükəsizliyisahəsində yaxın əməkdaşlıq və onun medialararası əlaqələr seqmentinin rolu və əhəmiyyəti bu şəraitdə sözsüz ki, artır.Heç kimə sirr deyil ki, birinci növbədə hər iki ölkənin içində inteqrasiya və əməkdaşlığın genişlənməsini istəməyənlər var və onların məlum xarici qüvvələrə bağlılığını bilirik.Bu şəraitdə sıxlaşan əməkdaşlıqlara hər iki ölkənin ictimaiyyətinin daha fəal və geniş dəstəyinin ortaya çıxarılması vacib tələbata çevrilir ki, bu vəzifənin yerinə yetirilməsində media orqanlarının koordinasiyalı fəaliyyətlərinin gücləndirilməsi əvəzsiz rola malikdir.İki ölkınin sıxlaşan əməkdaşlığına beynəlxalq güclü informasiya qurumları tərəfindən müəyyən təxribatların olacağı şübhəsizdir.İki ölkə rəhbərliyinin daha çox əməkdaşlıq iradəsinə xalqların inam və etimadını zəiflətmək cəhdləri olacaq, proqnozlar üslubunda gələcəyə yönəlik müxtəlif fantastik ssenarilərlə xalqlarımızı qorxutmağa çalıçacaqlar.

Bütün bunlar Azərbaycanın və Türkiyənin qarşısında informasiya təhlükəsizliyi və media əməkdaşlığı sahəsində yeni çağırışlar müəyyən edir.
Məhz belə bir vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında sahə ilə birbaşa əlaqəli şəxslərdən ibarət nümayəndə heyətinin İstanbula səfəri və bir sıra rəsmi görüşlər keçirməsi sözügedən çağırışların dəyərləndirilməsi baxımından çox əhəmiyyətli görsənir.Bu missiyanın iki ölkənin mediaları arasında yeni əməkdaşlıq platformaları yaratmağı hədəflədiyi göz qabağındadır və uğur şansları böyük görünür.
İnformasiya təhlükəsizliyi sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi başlayır.”

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır