ABŞ-dakı diasporumuzun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “ABŞ-da pandemiya və post-pandemiya dövründə icma quruculuğu və diaspor fəaliyyətinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib. Virtual tədbirdə ABŞ-ın müxtəlif ştatlarından 20-dən çox diaspor təşkilatının rəhbərləri və fəalları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı salamlayıb. O, dövlətimizin diaspor siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə istifadəyə verilmiş Azərbaycan Evləri və “Qarabağ” məktəblərinin, eləcə də Koordinasiya Şuralarının son dönəmdəki fəaliyyəti haqqında danışıb. Pandemiya dövründə soydaşlarımızın əsl birlik nümayiş etdirməsi, bir-birlərinə dəstək olmaları, diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdəki Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları, Dövlət Komitəsinin müvəqqəti çətinliklərlə üzləşmiş 6 mindən çox soydaşımıza yardım etməsi və sair məsələlər nəzərə çatdırılıb. 24 saat fasiləsiz fəaliyyət göstərən Koordinasiya Şuralarının, soydaşlarımızım sığınacaq yerinə çevrilmiş Azərbaycan Evlərinin fəaliyyəti müsbət qiymətləndirilib.

Sonra Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Əhmədi, Nyu-York Azərbaycan–Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, “My Way Development Center”in rəhbəri Alyona Bədəlova, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov və icraçı direktoru Mehriban Məmmədova, İllinoys Azərbaycan–Amerika Cəmiyyətinin rəhbəri Əhməd Obalı, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova, Florida Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və mədəniyyət məsələləri üzrə direktoru Pərvin Muradova Dilbazi, Azərbaycan–Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova, “Amerikanın Səsi” radiosunun sabiq əməkdaşı Həbib Azərsina, İllinoys–Azərbaycan Xeyriyyə Təşkilatının rəhbəri Teymur Mehmandarov, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, Nyu-Yorkdakı diaspor fəalı Aqil Hüseynov, AZAL-ın ABŞ-dakı nümayəndəsi Elnur Ələkbərov,  Şimali Kaliforniyada iş adamı Cavid Rəsulov, “New England” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rauf İsmayılov, piano ifaçısı Təranə Teylor, Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri İslam Rizvanoğlu çıxış ediblər. Çıxışlar zamanı  Komitənin fəaliyyətində yeni dövrün başlanması, müxtəlif maraqlı proqram və layihələrin həyata keçirilməsi, azərbaycanlıların birliyi və təşkilatlanması isiqamətində atılan addımlar yüksək qiymətləndirilib.

Soydaşlarımız arasında koordinasiyanın təmin edilməsinin zəruriliyini, Azərbaycan Evlərinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan tədbir iştirakçıları pandemiya dövründə Dövlət Komitəsinin həmvətənlərimizə göstərdiyi həssas münasibəti, diqqət və qayğını təqdir ediblər, gələcəkdə ABŞ-da Azərbaycan Evinin yaradılmasının məqsədəuyğun olduğunu bildiriblər.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib