Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Van şəhərində zəlzələ olub.

Özalp rayonunda 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin şiddəti Vanın mərkəzi və ətraf rayonlarında hiss edilib.

Daxili İşlər naziri Süleyman Soylu təbiət hadisəsindən sonra tvitterindən açıqlama verib: “Vanda yerli vaxtla 13:03-də meydana gələn zəlzələ nəticəsində Özalpın mərkəzində fəsad olmayıb. Kəndlərə də baxış keçirilir. Bu ana qədər kəndlərdən sadəcə birində ev dağılıb”.

Van valisi Mehmet Emin Bilmez isə açıqlamasında tələfatın olmadığını qeyd edib.

Türk seysmoloq Süleyman Pampal “CNN Türk”ün canlı yayımında bildirib ki, bugünkü zəlzələ 2011-ci ildə baş verən dəhşətli zəlzələ ilə eyni məkanda meydana gəlib: “Vanın bu bölgəsi 5-7 bal gücündə zəlzələ yaradacaq potensialdadır. Bölgədə evlərin kərpic və ənənəvi materiallardan tikilməsi fəsad və tələfatın böyüməsinə gətirib çıxara bilər”.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib