USTAD GETDİ… ŞİRMƏMMƏD HÜSEYNOVUN UNUDULMAZ XATİRƏSİNƏ… YUNUS OĞUZ yazır

YUNUS OĞUZ

Elegiya

Onu  həmişə Həsən  bəy  Zərdabiyə bənzədirdim.Oxşarlıqlarını axtarırdım.Hər  ikisinin  dünyasını  anlamağa  çalışırdım.Ömrünü xalq və onun maariflənməsi üçün  şam   kimi yandıranlar üzdə olmağı  heç  sevməzlər.İşləri-gücləri,yazı-pozuları XALQ və ONUN GƏLƏCƏYİ idi. Əsas  məsələ yaddaşlardan heç zaman silinməyəcək tarixi günümüzə daşımaq, bildiklərini gəncliyə aşılamaq idi və edirdilər. Xalqın pərvanəsi idilər. Xalq üçün yanırdılar.

Birisini görmədik…irsini öyrəndik…

O birisi günümüzdə yaşayırdı,irsi  öyrədirdi…

Birisinin yoxluğunu  o  birinin  varlığı doldururdu.

O da getdi… Dünyanın  boşaldığını  o qədər aydın, o qədər aşkar  hiss  etdik ki…

USTAD getdi- ŞİRMƏMMƏD HÜSEYNOV… ZƏRDABİ bənzəri…

O olanda arxayındıq. Övlad atasına arxayın olan kimi…Arxayındıq  ki,önümüzdə USTAD var…Cümhuriyyət və mətbuat tariximiz onluqdur…O nəhəndir, əzəmətlidir,qürurludur.Onun  yanında  özümüzü yığışdırırdıq. Çünki  o  nəhəng dənizin damlaları  idik. O dənizə  sevə-sevə  qovuşurduq, dənizə  çevrilməyə  cəhd edirdik.Onunla  mübahisə  etməzdik, bu  heç  ağlımıza  da  gəlməzdi…Damla  dəniz  olmağa iddia edə  bilər,əgər buxarlanmasa…..Biz  isə öyrənə-öyrənə buxarlanırdıq, sonra  buluda dönür, yağış halında yenə ona qayıdırdıq…

USTAD getdi…

Getdi  bir  də  dönməyə…Bu  dəfə  ruhu  ilə  dönəcək.Yazdıqlarını, hələ  yaza  bilmədiklərini bizə  yenidən öyrətmək üçün yenə dönəcək…hər addımda ondan  misallar, iqtibaslar çəkəcəyik…onun yaşam  və  iş  tərzini, millətə, dövlətə,vətənə  sevgisini nəsillərə  örnək kimi  göstərəcəyik…

USTAD getdi…

İşıqlı gözləri və sarkazm, amma səlis danışığı yaddaşımda həmişəlik  həkk olunub.O müstəqillik dövrü ilə  fəxr edirdi…Onun  yaradıcılarına nəhayətsiz sayğı duyur,onlar haqqında yazdığı  üçün  qürurlanırdı…Onlar haqqında  yazanda bilirdim  ki , o böyük  insanlarla  təmasda olur…

USTAD getdi…MÜƏLLİM getdi…ATA getdi.. Yetim qaldığımızı  hiss  edirsinizmi?..

Biz də  səninlə  nəhayətsiz fəxr edirik ,USTAD…Bizdən  də   təmaslarını  əksik   etmə.. Ruhumuzu  yetim  qoyma..RUHUN  ŞAD  OLSUN!

24.06.19

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi