“8103”dən gələn razılıq SMS-ni dəyişdirən şəxs həbs edilib

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsi ilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozan şəxs saxlanılıb. Keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.  Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli  bilinərək inzibati  qaydada məhkəmənin qərarı ilə 25 sutka  həbs  edilib. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi