Vətən uzaqda deyil

Əvvəlki yazıları buradan oxuya bilərsiniz: https://olaylar.az/news/sosial/366616

https://olaylar.az/news/siyaset/367762

https://olaylar.az/news/siyaset/369058

Avstriyanın İctimai Radiosunun aparıcısı Yohans Qroys Azərbaycana gəlib və  ölkəmizlə bağlı verilişlər hazırlamağa başlayır. Səfərin təşkilində diaspor nümayəndələri yaxından iştirak edib.

 

– Hans, Azərbaycana xoş gəlmisiniz. Bildiyim qədəri ilə siz Avstryanın İctimai Radiosunun aparıcısısınız. Verilişiniz nədən bəhs edir?

– Verilişim mədəniyyətlə bağlıdır. Musiqi, din və bir az da siyasətdən bəhs edir. Sizin milli bayramınızla əlaqədar 21 martdan etibarən bir həftə davam edəcək verilişlərimizdə Azərbaycan, Bakı barədə yayımlar edəcəyik. Mövzumuz azərbaycanlıların yaşayışı olacaq. Azərbaycan barədə daha çox miflər eşidirik, məlumatımız çox azdır. Çalışacağıq ki, bir həftə ərzində sizə daha yaxın olaq.

– Azərbaycana ilk səfərinizdir?

-Bəli , ilk səfərimdir.

-Azərbaycanı necə təsəvvür edirdiniz və indi təəssüratlarınız necədir?

 -Azərbaycana marağım Eurovision Mahnı Müsabiqəsinin burda keçirildiyi dövrdə yaranıb. Musabiqə vaxtı Bakı haqqında sənədli filmlərə baxmışdım. Azərbaycanda qadınların təhsil səviyyəsinin çox yüksək olduğunu eşitmişdim. Düzü, bu bir az məni təəccübləndirmişdi. Fikirləşirdim ki, necə ola bilər ki, müsəlman ölkəsində qadınların yarısının ali təhsili olsun. Mən özüm fəlsəfə üzrə təhsil almışam, ona görə də məni kişilərin, insanların bu məsələyə münasibəti daha çox maraqlandırırdı. Bakı haqqında bildiyim məlumat Alov qüllələrinin burada yerləşməsi və neftlə zəngin olması idi. Başqa heç nə bilmirdim Ona görə də hələ Vyanada olanda araşdırmaya başladım. İndi məncə, 2-3 % nəsə öyrənmişəm. Sabah dini təsirləri araşdırmaq üçün Şəkiyə gedəcəyik. Bugün də İctimai televiziyada oldum. Düzü, bir xeyli təəccübləndim. Fərqli şəkildə müsahibənin götürüldüyü 3D innovativ yayım forması ilə tanış olduq. Bu çox maraqlı idi. İctimai Radioya da baş çəkdik. İctimai Radioda sürücülər üçün proqram var. Bizim radiolarda bu cür verilişlər yoxdur. Maşını necə düzgün sürmək lazımdır?! Bu, bir tərəfdən əyləncəlidir, digər tərəfdən isə bu cür verilişin olması çox maraqlıdır.

-Azərbaycanla bağlı hansı mövzulara toxunacaqsınız?

Bir həftə ərzində “Qonşu Azərbaycan” adlı 3 veriliş efirdə olacaq. Birinci veriliş Azərbaycanda din mövzusuna həsr olunacaq, məscidlər, kilsələr və sineqoqlar barədə olacaq. Növbəti radio verilişdə isə Azərbaycanda feminizm və qadınların təhsili məsələsinə toxunacam. Üçüncü proqramda isə saat yarım incəsənət və musiqidən söhbət acacağıq. Burda bacardığımız qədər Azərbaycan musiqisi və incəsənət nümunələrini təqdim edəcəyik.

-Qeyd etdiniz ki, Şəkiyə səfər edəcəksiniz. Başqa nə planlarınız var?

-Bəli, biz Şəkiyə gedəcəyik. Orda bir kənd var. Düzü, adı indi yadımdan çıxıb.Orda müxtəlif dini məbədlərin olduğunu bilirəm. 3 gün vaxtım var . Ona görə Bakıya qayıdıb, yenə burda araşdırma aparmalıyam.

-Azərbaycan barədə araşdırmalara necə başladınız?

-Araşdırmaya necə başladım? 9 yaşlı oğlum Nilsin sinif yoldaşı Ayişənin anası ilə tanış olduq. Ondan da soruşdum siz Azərbaycandansınız? Mən də elə Azərbaycan haqqında araşdırma aparıram. O məni həmkarı Rüfət Həsənovla tanış etdi. O mənə Azərbaycan haqqında xeyli məlumat verdi, sonra məni Azərbaycana dəvət etdi. Səfər boyu mənə yoldaşlıq edən Rüfətin sayəsində mən Azərbaycanın mədəniyyəti, tarixi və mətbəxi ilə daha yaxından tanış ola bilmişəm.

-Müsahibəyə görə təşəkkür  edirəm.

-Təşəkkür edirəm. Mən də sizə işlərinizdə uğurlar arzu edirəm.

 

Fatimə Paşayeva

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi