İsveçdə Nəsimi yaradıcılığına həsr olunmuş Poeziya Gecəsi keçirilib

Oktyabrın 25-də İsveçin paytaxtı Stokholmda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.

“Şeraton Stokholm” otelində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Naminə Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirin əsas məqsədi dahi Azərbaycan mütəfəkkirinin yaradıcılığının təbliği və xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələr haqqında məlumatların İsveç və dünya ictimaiyyətinə çatdırılması olub.

Azərbaycan və İsveçin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan təntənəli mərasimdə dövlət, ictimaiyyət və media nümayəndələri, Azərbaycan, Qazaxıstan, Gürcüstanın İsveçdəki səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Azərbaycan, ingilis və isveç dillərində aparılan tədbirdə Umea Universitetinin müəllimi Səadət Kərimi şair haqqında elmi tədqiqatlara əsaslanan məruzə ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova təmsil etdiyi qurum adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Nəsiminin əsərləri və fəlsəfəsi insanları hər zaman cəlb edir: “Böyük qürurla deyə bilərəm ki, Azərbaycan bəşəriyyətə Nizami, Füzuli, Xaqani, Nəsimi kimi və bu siyahını uzada biləcək digər böyük və ölməz mütəfəkkirlər bəxş edib”.

Komitə təmsilçisi bildirib ki, Azərbaycan hökuməti, eləcə də Dövlət Komitəsi çoxəsrlik bəşəri dəyərləri gənc nəslə ötürəcək mədəniyyət tədbirlərini dəstəkləməkdən məmnundur. Bu ilin yayında Nəsiminin doğulduğu Şamaxı şəhərində Diaspor Gənclərinin II Yay Düşərgəsinin təşkil edilməsi də buna bariz nümunədir. 

Sonda S.Abbasova mədəniyyətlərarası inkişaf və müxtəlif icmaların öz mədəni dəyərləri və ənənələri ilə cəmiyyətə inteqrasiyası üçün lazımi inkanlar yaratdığına görə İsveç hökumətinə minnətdarlığını bildirib.

İsveç Yazıçılar Birliyinin üzvü Tomas Harildsson, fəlsəfə doktoru, Nobel qardaşları irsinin araşdırmaçısı İngegerd Bjorklund, diaspor fəalı Siyavuş Deraxti, İsveç Türk Teatrının rejissoru Burcu Soysop, “Tumurcuğ” Azərbaycan İsveç Dram Teatrının təsisçisi və rejissoru Sevinc Nəzərli, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova çıxışlarında  böyük mütəfəkkirin məhəbbət, insanın azad ruhu və təbiət haqqında düşüncələrindən, onun fəlsəfi fikirlərinin bu gün də aktual olmasından, şairin yalnız Azərbaycanın deyil, dünya ədəbi irsinə böyük töhfələr bəxş etməsindən, əsərlərini türk dilində yazmasından, gələcəkdə Türk və Azərbaycan teatrlarının şairin əsərləri əsasında səhnələşdirilmiş birgə tamaşa ərsəyə gətirməsinin vacibliyindən, “Tumurcuğ” teatrının da öz repertuarında Nəsiminin əsərlərinə yer ayıracağından, belə tədbirlərin insanlar arasında münasibətlərin yaradılması, dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından vacib olmasından danışıblar.

İsveç müğənnisi Keyt Anderssonun Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i İsveç, Liviya əsilli İsveç şairi Ali Hamidinin böyük ustadın qəzəllərini ingilis dilində məharətlə ifa etmələri alqışlarla qarşılanıb.

SAF dərnəyinin nəzdində 2018-ci ildən fəaliyyət göstərən “Qarabağ” uşaq rəqs qrupu isə öncə 3 dildə Qarabağın Azərbaycan torpağı olması və hazırda işğal altında qalması barədə məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdıqdan sonra Azərbaycan xalq rəqslərini təqdim edib.

Sonda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü olan Azərbaycan Naminə Cəmiyyətin rəhbəri Nadir Hollenbrand tədbir iştirakçılarına, diplomatik nümayəndəliklərin təmsilçilərinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, belə tədbirlərin daha tez-tez baş tutması üçün səylərini əsirgəməyəcəyini, Azərbaycan diasporunun birliyinin vacibliyini, mədəniyyətlərarası əlaqələrin xalqların və dövlətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır