Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib. Görüşdə onlarla soydaşımız iştirak edib. Tədbiri giriş sözü ilə Komitənin Aparat rəhbəri D.Rəcəbli açıb və sonra DİDK sədrinin birinci müavini V.Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib və bu siyasətin reallaşmasında ABŞ-dakı azərbaycan diasporunun böyük rola malık olduğu diqqətə çatdırıb. Eyni zamanda DİDK-nin son dövrlərdə fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib.

Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması yönündə ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Daha sonra Azərbaycan Prezidentinin sərəncaml iıə Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunan Tomris Azəri, Zöhrə Şərifi və Əbülfəz Bahaduriyə medallar təqdim olunub. Təltif olunanlar bu yüksək mükafata görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Toplantıda İslam Əməkdaşlıq Təşkilatının BMT- dəki daimi müşahidəçisi və səfir Aqşin Mehdiyev və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov iştirak edib. A. Mehdiyev görüşün əhəmiyyəti barədə danışıb və davamlı olmasının diaspor fəaliyyətinə müsbət təsir edə biləcəyini qeyd edib.

ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alper Aktaşla da görüşüb.

Görüş zamanı Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımların səmərəsindən, bütün türk dünyasının və türk dövlətlərinin müştərək əməkdaşlığından geniş danışılıb.

MediaZona.Az

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi