Əhalinin həssas qruplarının İsmayıllı turu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qadın və Cəmiyyət vətəndaş Maarifçiliyi” ictimai birliyi ” Əhalinin həssas qruplarının Azərbaycanın görməli yerlərinə səyahətlərin təşkili” layihəsi çərçivəsində İsmayıllı rayonunun tarixi yerlərinə səyahət təşkil edib.Həssas qruplar İsmayıllı rayonunun bir sıra kəndlərində olublar.

Lahıcda tarixi keçmişimizi, mədəniyyətimizi əks etdirən yerlərlə tanış olublar.

Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova: “Çox maraqlı səfərdi. İnsan bir anlıq keçirdiyi, yaşadığı sarsıntılardan kənar qalır. Buradan ümidlə ayrılacam.İnanacam ki, hər şey yaxşı olacaq .Bu səfəri təşkil etdiyinə görə layihə rəhbəri Şəbnəm Rəfaelqızına minnətdaram. Bu əslində dövlətimizin həssas qrupların psixoloji durumunu artırması üçün bir dəstəkdir.Dövlətin qayğısıdır”.

Sabir Mirzəyev, aprel şəhidi Mahir Mirzayevin atası: “Bu turda ailəlikcə iştirak edirik.Çox maraqlı yerləri gəzdik.Bir qədər dərdimizdən kənar qaldıq. Unudulmadığımıza görə minnətdarıq.Dövlət Dəstəyi Şurasına da minnətdarıq ki, belə bir layihəni maliyyələşdirib”.

Səfər çərçivəsində həssas qruplara iki dəfə çay- şirniyyat və yemək süfrəsi verilib.

Layihədə KİV və QHT nümayəndələri iştirak ediblər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi