Putinə dondurma satan qız yoxa çıxıb

Moskva ətrafındakı Jukovsk aeroportunda təşkil olunan Beynəlxalq aviakosmik salonunda (MAKS) artıq ikinci dəfədir ki, prezident Vladimir Putinə dondurma satan sirli satıcı “yoxa çıxıb”.

Olaylar.az  xəbər verir ki, Putinin MAKS-2019 sərgisi zamanı onu müşaiyət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər rəsmilərə dondurma alıb verdiyi satıcını axtarmağa “Moskovskiy komsomolets” qəzetinin jurnalistləri yollanıb. Lakin onlar nə dondurma satan qızın özünü, nə onun dondurma satdığı köşkü orada tapa bilməyiblər. Hətta məlum olub ki, Putinin aldığı dondurmanın markasından da bu ərazidə satılmır.

Xatırladaq ki, Putin MAKS-2019 sərgisi zamanı Türkiyə prezidentinə və özünə, habelə daha bir neçə rəsmi şəxsə “Korovki iz Korenovki” markalı plombir alıb. O, satıcı qıza 5 min rubl verib və qalıq istəməyib.

Jurnalistlər ertəsi gün belə faktı aşkar ediblər ki, həmin satıcı qız iki il əvvəl, MAKS-2017 sərgisi zamanı da “təsadüfən” Putinə dondurma satıb. Özü də eyni markadan. Bu detal dondurmasatanın əslində xüsusi xidmət orqanlarının əməkdaşı olduğu haqda ehtimallar yaradıb. Məsələ sosial şəbəkədə geniş müzakirə olunub, istifadəçilərdən biri yazıb: “Görəsən dondurmasatanın rütbəsi nədir?”

Jurnalistlər Putinin və Ərdoğanın Jukovska səfərinin ertəsi günü ora yollanıblar. Onlar Çin pavilyonu ilə “Roskosmos”un stendi arasında dayanıb dondurma satan qızı axtarıblar. Amma məlum olub ki, nə satıcı qız var, nə də onun dondurma satdığı təkərli köşk. Üstəlik məlum olub ki, MAKS ərazisində ümumiyyətlə belə köşklər qoyulmayıb. Doğrudur, sərgi keçirilən ərazidə dondurma satanlar var, amma onlar tamam fərqli forma geyiniblər. Və Putinin aldığı, Volqoqrad kombinatında istehsal edilən həmin dondurmadan heç kim satmır.

Dondurmasatanlar bir ağızdan deyiblər ki, Putinə dondurma satan həmin qızı heç kim tanımır. “Prezidentləri Federal Mühafizə Xidmətindən 50-70 adam müşaiyət edirdi. Və birdən onların arasında təkərli dondurma köşkü peyda olur. Sonra isə izsiz-soraqsız itir”,-qəzet yazır. Əlavə edir ki, mühafizə xidməti Putinə küçədən yoxlanılmamış hansısa ərzağı dadmağa icazə verməzdi.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib