Sona Vəliyeva: “Məni hədəfə alanların məqsədi həyat yoldaşımın fəaliyyətinə kölgə salmaqdır”

“Son zamanlar maraqlı bir tendensiya müşahidə edilməkdədir. Konkret cinayət əməlinə görə mühakimə edilən bəzi şəxslər çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda görür, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirirlər”. 

Bu sözləri  “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva deyib.O, rəhbəri olduğu təhsil mərkəzi ilə bağlı mediada gedən informasiyalara belə münasibət bildirib:

“Eyni tendensiyaya biz də məruz qalırıq, xüsusən, təsisçisi olduğum Kaspi təhsil şirkəti haqqında müxtəlif vaxtlarda əsassız iddialar dövriyəyə buraxılır, cinayət əməli törədən şəxslər bu və ya digər iddialarla cinayət məsuliyyətindən yayınmaq məqsədilə hakimiyyət nümayəndələrinə və məhkəmələrə bu üsulla təsir etməyə çalışırlar.

Bu günlərdə bəzi informasiya vasitələrində indiyə qədər tanımadığım, müəssisəsinin və özünün adını ilk dəfə eşitdiyim, işgüzar müstəvidə heç bir zaman yollarımızın kəsişmədiyi Kərimzadə Rüstəm adlı bir nəfərin mənim və ailəmin haqqında böhtan xarekterli bir sıra iddialarının yer aldığı müraciətin yayımlanması da məhz bu qəbildən olan cəhdlərdən biridir. Əlbəttə, başa düşmək çətin deyil ki, həyat yoldaşım Əli Həsənovun Azərbaycan Prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac vermişdir. Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır. Təəssüf ki, bu cür arzuolunmaz proseslərin genişlənməsində həqiqəti öyrənmədən, reallığı əks etdirməyən, ictimaiyyətə doğru olmayan məlumatlar çatdıran bəzi kütləvi informasiya vasitələrinin “müstəsna” rolu görünməkdədir.

Biz hər zaman təmkinli davranmağa, hər böhtan və iftiraya əhəmiyyət verməməyə çalışmışıq. Amma aydın olur ki , təmkinin də bir həddi, sərhəddi olmalıdır. Ona görə də, bu kimi halların davam edəcəyi təqdirdə haqqımda şantaj xarekterli iddialar səsləndirən, ictimai və işgüzar nüfuzuma xələl gətirməyə çalışan şəxs və şəxslər haqqında məhkəmə prosesi başladacağımı bildirmək istəyirəm”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi