Gürcüstanda yaşayan azərbaycanlıların təhsil uğuru

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) 13 dinləyicisi “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunublar. Milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramına əsasən Gürcüstanda yaşayan azərbaycanlılar yalnız məntiqdən imtahan verməklə və müvafiq keçid balını toplamaqla universitetlərə qəbul olunur.

Mərkəzin məntiq kursunda təhsil alan gənclər – Fərid Yunusov, Sara Əhmədova, Ulduz Əliyeva, Nigar Kərimova, Nazlı İmamquliyeva, Turqay Musayev, Sübaxan Kərimov, Lamiyə Məmmədova, Asiman Qurbanov, Vəli Bayramov, Maksim Novruzalov, Vüqar Novruzov və Nigar Rüstəmova bu fənn üzrə dövlət imtahanını uğurla veriblər. “1+4” proqramına uyğun olaraq onlar bir il ərzində gürcü dilini mükəmməl şəkildə öyrəndikdən sonra ixtisas seçimini edəcəklər.

Qeyd edək ki, GAİM-in müəllimi Musa Ömərov dinləyiciləri çox qısa müddətdə hazırlayaraq, onların imtahanda müsbət nəticə göstərmələrində ciddi rol oynayıb.

GAİM rəhbərliyi təhsil sahəsində qazandlqları uğur münasibətilə gəncləri təbrik edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəliyi ilə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təhsil kursları bu ilin aprelində Marneuli rayonunda açılıb. Açılış mərasimində Komitə sədri Fuad Muradov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və digər rəsmi şəxslər iştirakı edib.

İnteqrasiya Mərkəzinin açılmasında məqsəd Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi, yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasıdır.

Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunur, bir sıra digər kurs və dərnəklər fəaliyyət göstərir.

Bu qədər qısa vaxtda 13 azərbaycanlı gəncin təhsil sahəsində müvəffəqiyyət qazanması İnteqrasiya Mərkəzində işin keyfiyyətli qurulmasının nəticəsi kimi qiymətləndirilir.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi