Həyatınızı dəyişdirən 10 QANUN

Minnətdarlıq hissi azlığı bolluğa çevirməyə, işi zövqə, xaosu nizama çevirə bilər. Bionergetiklər iddia edir ki, gün nə qədər xaotik keçsə də, minnətdarlıq hissi özü ilə bərabər əmin-anamlıq və sakitlik gətirir.

Əslində çox şanslı olduğunuzu anlamaq üçün ilk növbədə öz həyatınıza kənardan baxmalısınız. Həyatın sizə bəxş edən bütün yaxşı imkanları, gözəl insanları və sevincli hadisələri tanımalı və qəbul etməlisiniz, çünki dəyər verdiyiniz fürsətlər günbəgün daha da güclənir, həyatınızda getdikcə daha güclü bir yer tutur.

Ancaq gündəlik həyatın təlaşı başımızı o qədər qatır ki, minnətdarlıq qanunlarının çoxunu görməzlikdən gəlir və özümüzü bu ülvi duyğunun bütün müsbət təsirlərindən məhrum edirik.

Publika.az bu yazıda oxucuları minnətdarlıq qanunları ilə tanış edib.

1. Sahib olduqlarınız üçün nə qədər minnətdar olsanız, daha çox imkanlara sahib olacaqsınız. Əlinizdə olanlar üçün minnətdar olun və bu, sizi gücləndirəcək.

2. Xoşbəxtlik sizi həmişə minnətdar etmir, amma minnətdarlıq duyğusu sizi həmişə xoşbəxt edir. Həyatın hər anını səmimi şəkildə qiymətləndirmək, eyni zamanda nədənsə narazı olmaq mümkün deyil.

Əgər burda və indi xoşbəxtsinizsə, bu, o demək deyil ki, başqa heç bir şey arzulamırsınız. Bu, o deməkdir ki, siz sahib olduqlarınız üçün şükür edir və səbirlə gözləyirsiniz ki, daha yaxşısı baş verəcək.

3. Minnətdarlıq günahların bağışlanmasına səbəb olur. Həyatın sizə göndərdiyi vacib dərslərindən peşman olmaq və ya ona mənfi yanaşmaq mənasızdır. Minnətdarlıq dünənki günü mənalı edir, bu günü sakitliklə doldururur və gələcəyə daha inamla baxmağa kömək edir.

4. İnanın ki, indi əlinizdə olanlar bu an üçün kifayətdir. Deyirlər ki, ən güclü dua səmimi minnətdatlıq hissidir. Arzuların reallaşması üçün dua etmək əvəzinə, əlinizdə olanlara üçün minnətdar olun. Həyat sizə neqativ olmaq və əsəbiləşmək üçün bir çox problemlər göndərirsə, dünyaya pozitiv gözlə baxmağa çalışın, məntiqli bir səbəb axtarın. Hər kəsin həyatında heç olmasa belə bir səbəbi var.

5. Burada və indi olduğunuz üçün minnətdar olun, çünki hər şey uçub gedir və hər şey dəyişir. Çünki sabah, hətta bu gün həyatınızda nələrin baş verəcəyindən xəbərsizsiniz. Həyat hər gün dəyişir, gec-tez sahib olduqlarınız keçmişdə qalacaq.

6. Ağıllı minnətdarlıq heç nəyi haqqı kimi qəbul etmir. Bu gün haqqınız kimi qəbul etdiyiniz şərtlər və ya bir adam, sabahsız onsuz keçinə bilmədiyiniz həqiqət ola bilər.

7. Həqiqi minnətdarlıq gündəlik hərəkətlərlə ifadə olunur. Sözlər vacibdir və onsuz yaşamaq mümkünsüzdür, amma nə dediyimiz yox, nə cür hərəkət etdiyimiz daha qiymətlidir. Boş sözlər deməyin, minnətdarlıq hissini hərəkətlərinizlə göstərin. Sözünüzə əməl edin.

8. Minnətdarlıq sadəcə almaq deyil, həm də bağışlamaq qabiliyyətidir. Gündəlik həyatın xaosunda dərk etmirik ki, minnətdarlıq balansını saxlamadıqca, həqiqətən xoşbəxt ola bilmərik. Həyatınızda öz səylərinizlə və başqalarının yardımı ilə qazandıqlarınız haqqında düşünün.

9. Həyatdan köçmüş yaxınların xatirəsini əbədiləşdirmək istəyirsinizsə, bunu kədərlə yox, minnətdarlıq hissi ilə edin. Əgər həyatınızda nə isə əbədi olaraq davam etmirsə, bu, o demək deyil ki, əvəzolunmaz bir hədiyyə olub. Taleyinizə şükür edin ki, o, nə vaxtsa həyatınızda baş verib və gözəl anlar yaşamaq şansınız olub.

10. İdarəolunmaz hadisələri idarə etməyi dayandırdığınız minnətdar olmaq imkanı dəfələrlə artır. Bəzən zamanımızın çoxunu həyatımızın bütün yönlərini kontrol etməyə çalışaraq, meşədə ağacları görmürük.

Buraxmağı, istirahət etməyi öyrən (ən azı bir az), həyat axını ilə üzməyi öyrənin və onun sizi hara aparacağına baxın. Yeni bir şeyə cəhd edin, qorxudan imtina edin, ən başlıcası, bacardığınız hər şeyi edin və nə isə alınmırsa, ağlamayın.

Lazımsız və qeyri-realist gözləntilərdən yaxa qurtarsanız, bu, sizə gözlənilmədən həyatdan tam həzz almağa imkan verəcək. Və bəzən gözlənilməz sürprizlər və imkanlar sizin üçün əsl nemət ola bilər.

Hər gün boş vaxtınız olan kimi nə qədər şanslı olduğunuzu düşünün. Sahib olduqlarımız üçün nə qədər çox minnətdar olsaq, imkanlarımız və uğurlarımız bir o qədər çox artacaq.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib