“Adlarını dəyişib “Siğə uşaqları” qoysunlar” – Deputatdan sərt sözlər

“Siğədən doğulanların yığışdığı bir səhifə var. Qəribədir ki, adını da “Baba Pünhan” qoyublar. Azərbaycanın milli maraqlarını qorumağa çalışan bütün insanlara qarşı şərəfsiz bir kampaniya aparırlar. Şəxsimə qarşı da böhtanlarını əsirgəmirlər”.

Bunu özünün Feysbuk hesabında deputat Fazil Mustafa yazıb.

Onun sözlərinə görə, orada rəy yazanların hamısı da birbaşa qonşu ölkənin agentura şəbəkəsinə daxil olan məxluqlardır:

“Biz onsuz da ha erməni olsun, ha siğədən doğulan molla cocuqları olsun, öz ölkəmizə qarşı istər keşişin, istər də mollanın dini adı ilə yönəldilən istənilən mənəvi terrorun qarşısında qətiyyətli duruşumuza Allahın köməyi ilə davam edəcəyik. Sadəcə səhifələri üçün Azərbaycanın bu maraqlı mərhum şairinin adını niyə götürdükləri anlaşılmır.

Mərhum Baba Pünhanın sağlam düşüncəli, Azərbaycana bağlı qohumlarından, yaxınlarından varsa, bu səhifədəkilərə təklif etsin ki, adlarını dəyişib “Siğə uşaqları” qoysunlar. Çünki Baba Pünhan şərəfli bir ömür yaşadı, öz Vətənini başqa öıkənin on-onbeş riyalına satmadı, tənqidini də etdi, sözünü də dedi. İndi ruhu inciyir ki, bir qrup siğə uşağı onun adına səhifə açıb açıq-aşkar hörmətsizlik gətirir. Ümumilikdə isə, bizdə ölkəmizin informasiya təhlükəsizliyinə qarşı ağlasızmaz bir biganəlik hökm sürür. Müstəqil dövlətin informasiya məkanında bunların at oynatmasının bədəlini enində-sonunda gözbəbəyimiz olan bu dövlətimiz ödəməli olacaq. Bu cür səhifələri dəstəkləyən Vətən xainlərinə qarşı müvafiq dövlət orqanları ictimai dəstəyi də arxalarına alaraq qətiyyətli mübarizə aparmalıdırlar”.MediaZona.Az
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi