Almaniyadakı iş adamı təkzib istəyir – “YOXSA MƏHKƏMƏYƏ VERƏCƏM”
Son günlər bəzi Azərbaycan saytlarında Almaniyada, Berlində “
Bu fikirlər Berlindəki “Karabakh” restoranın sahibi Zaur Ağakazımoğlu Spivaka məxsusdur.
Redaksiyamıza ünvanlanmış məktubunda Zaur bəy bu yazıların sifariş, qərəz olduğunu deyib.
“Karabakh” restoranı mənə aiddir və 2014-cü ilin oktyabr ayından fəaliyyət göstərir. Mənim digər biznes sahələrində də işlərim var. Niyə ondan yazmırlar? Bir azərbaycanlının Almaniyada uğur qazanması digər azərbaycanlıları niyə narahat etməlidir ki…
Axı “Karabakh” restoranını açmaqla məqsədim məhz dövlətimizin adına, Berlində yaşayan ermənilərə Qarabağın Azərbaycana aid olduğunu göstərməkdir.
Mən Bakıda doğulmuşam. Heç kim məni məcbur etmirdi ki, restorana Qarabağ adı verim. Biz ermənilərin “Qarabağ Ermənistanındı” fikirlərinin əsassız olduğunu,əslində Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dünyaya
Məlumat üçün deyə bilərəm ki, azərbaycanlı nazirlər, səfirlər, dövlət adamları, diplomatlarAlmaniyaya qonaq gəldikləri zaman bizim restoranda olurlar, əcnəbilərlə də bizim resroranlarda görüşürlər. Biz də belə məsələlərdə çox həssasıq. Nə yazıq ki, bizim bu milli maraqlara xidmət edən fəaliyyətə Ermənistan mətbuatı deyil, Azərbaycan mətbuatı çamur atır.
Restorana qonaq gələn insanlarla xoş münasibət yaratmağa çalışırıq, onlarla fotolar çəkdirib sosial şəbəkələrdə paylaşırıq. Azərbaycanlı jurnalistlərin
Axı biz Azərbaycan mədəniyyətini burada təbliğ etməklə məşğuluq. Üzdəniraq jurnalistl
Azərbaycanın dövlət qurumlarına müraciət edəcəm. Artıq bu haqda danışıqlar da aparmışam. Onlardan elə təzminat alacam ki,ömrü boyu yadlarından çıxmayacaq, peşman olacaqlar. O təzminatı Qarabağ qazilərinin övladlarına verəcəm. Onların heç bir haqqı yoxdur ki, tanımadıqları insan haqda bu cür şər-böhtan xarakterli yazılar yaysınlar.
Bu, Avropa qanunlarına da ziddir. Bir insan haqqında dəqiq araşdırma aparmadan böhtan yazmaq qətiyyən doğru deyil. Bu, onların qərəzli və sifarişə işlədiyinin nümunəsidir.
Bir daha bəyan edirəm, başqalarından fərqli olaraq Azərbaycanı çox sevirəm, Vətənimə bağlıyam, bütün işimi doğma yurduma fəda etməyə hazıram. Bundan kimlərsə narahatdırsa, artıq bu, düşmənçilik, erməniçilikdir.
Belə azərbaycanlı varsa, ona ar olsun. Doğrudan da onlar jurnlist adına ləkə ola biləcək şəxslərdir. Onlar öz dövlətinə, millətinə niftər edirlər.
Mən burada diasporun fəal üzvüyəm. Və əlimdən gəldiyi qədər Azərbaycanı təbliğ etməyə çalışıram. Berlində yaşayan azərbaycanlılar da daxil olmaqla buranın insanlarına Azərbaycanın mədəniyyətini tanıtmağa və onlara hansısa bir işdə kömək etməyə çalışıram. Burada kimsə məndən narazı olduğunu deyə bilməz. Əlbəttə ki, damarından erməni qanı axan insan məndən narazı olacaq. Burda yaşayan hər bir azərbaycanlı bilir ki, mən Qarabağım üçün canımı verərəm”.
İş adamı məktubunda qeyd edib ki, bir neçə gün bundan öncə feysbukda Azərbaycanda yaşayan bir tələbə ona müraciət edərək, Almaniyadakı universitetlərin