Musa Urud: “Saat yiyəsi ortaya çıxmalıdır”

İspaniyanın İbitsa kurort adasında Azərbaycandan olan bir gəncin 1.2 milyon avroluq saatının oğurlanması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan iddialar indi ölkədə ən çox müzakirə edilən mövzulardan birinə çevirilib.

Həmin gəncin məmur övladı olması haqqında iddalar Azərbaycanda korrupsiya ilə bağlı mübarizənin necə aparıldığını, eyni zamanda, gəlir və əmlak deklarasiyası kimi məsələləri yenidən gündəmə gətirib.

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Musa Quliyev (Musa Urud) “Turan” İnformasiya Agentliyi-nə açıqlamasında ölkədə korrupsiya ilə mübarizə aparıldığını və müsbət nəticələrinin olduğunu hesab edir.

Onun fikrincə, qəbul olunan dövlət proqramı, qanunvericilik sahəsində atılan addımlar və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin varlığı hər kəsə məlumdur:

“Bütün bunlar korrupsiyanın ildən-ilə azaldığını göstərir. Eyni zamanda, dövlətin gördüyü iqtisadi tədbirlər, idarəetmənin elektronlaşması da korrupsiya, rüşvətxorluq və süründürməçiliyi azaldan addımlardandır. ASAN-Xidmətin, DOST mərkəzin yaranması, vergi ilə bağlı “bir pəncərə” sistemi, sahibkarlığa yardımla bağlı işlərin görülməsi korrupsiyanın dairəsini xeyli daraldır. Amma bu mübarizə həmişə getməlidir və ictimaiyyətə də nəticəsi elan olunmalıdır”.

Deputat bildirib ki, gəlir deklarasiyasnı həm onlar, həm də məmurlar verməlidir. Bu, pozitiv addımlardan biri olar.

Musa Quliyevin sözlərinə görə, 1,2 milyon avroluq saat istifadə edən şəxsin kimliyi məlum olmadan konkret fikir söyləmək çətindir:

“Bir gündə 3 nəfərin adı çəkildi, artıq ikisi təkzib etdi, məlumat yalan çıxdı. Sabah deyəcəklər ki, deputat Musa Urudun ( Musa Quliyev özünü nəzərdə tutur-red) oğludur, onda düz olmur axı. Azərbaycanda təqsirsizlik prezumpiyası var, əgər rəsmi orqanlar deyilənləri təsdiqləmirsə, heç kəsə böhtan ata bilmərik. Yaxud həmin adam hər hansı məmur övladıdrısa, ortaya çıxsın, bəlkə məmur oğlunun biznesi var və bunun vasitəsilə qazanıb, ona heç nə demək olmaz. Bəli, dövlət qulluqçusu, deputat yalnız işi ilə məşğul olmalıdır. Amma ailəsinin bizneslə məşğul olmasına heç kəs qadağa qoya bilməz. Yaxud məmur, deputat olana qədər biznesi olubsa, bunları ondan almaq olmaz. Bütün hallarda şəffaflıq getməlidir”.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib