AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı

AzTV-də yayımlanan “Palitra ART” verilişinin yayımı dayandırılıb.

Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:

“Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir”.

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib:

“Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?”.

Məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.

Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan “Anşlaq” proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi