“Şəhər incəsənəti. Azərbaycan” layihəsi çərçivəsində Yaradıcı Azərbaycan gənclərinin sənət əsərlərinin tanışlıq sərgisi keçiriləcək

İyunun 7-də “NUR Art House” qalireyasında (İçərişəhər Qəsr küçəsi 27, Şirvanşahlar sarayının yaxınlığı), saat 19:00-da Yaradıcı Gənclər Qrupunun təşəbbüsü ilə «City Art Azerbaijan» açıq sosial incəsənət layihəsinin “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin tanışlıq sərgisi keçiriləcəkdir.

Layihə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) – Rəyasət Heyəti, Rəyasət Heyəti yanında Gənc Alim və Mütəxəsislər şurası, Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi, Xəzər Universiteti, Qobustan Milli Tarix bədii qoruğu, Mirzə Ələkbər Sabir fondu, “NUR Art House” qalereyası və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB tərəfindən dəstəklənməkdədir.

Bu layihə müasir şəhər incəsənəti trendlərinin və dəbinin həmvətənlərimiz və xüsusən də, müasir gənclər arasında düzgün təbliğinə yönəlib. Həmçinin Bakının şəhər incəsənətinin və xalqımızın tarixini və istedadını ölkə daxilində və xaricində təbliğinə xidmət edir.

Azərbaycanın digər şəhərlərində incəsənətin inkişafının dəstəklənməsini ehtiva edən layihənin məqsədi gənclərin yaşadıqları şəhərləri gözəlləşdirmək və bu məqsədli, mütərəqqi ideyalarının təşviqi və gələcəkdə tətbiqinindən ibarətdir.

Nəzərdə tutulan sərgidə layihə çərçivəsində müsabiqə zamanı seçilən istedadlı və yaradıcı Azərbaycan gənclərinin yaratdığı müxtəlif incəsənət nümunələri ictimaiyyətin dəyərləndirilməsinə təqdim olunacaqdır. Ziyarətçilər, o cümlədən KİV təmsilçiləri üçün sərgiyə giriş sərbəstdir.

“Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyəti

Tədbir təşkilatçıları ilə əlaqə:

+994(55) 454 04 75 (Yaradıcı qrup)

+994(55) 739 88 76 (Media qrup)

E-mail: cityart.azerbaijan@gmail.com

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi