Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir. Aylıq çərçivəsində paytaxtda və regionlarda  müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir.

Hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı rayonu İcra hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov adına 131 saylı tam orta məktəbdə həyata keçirilib.

Tədbirdə Ombudsman Apartının əməkdaşları Faiq Ağayev, İlahə Əfqanlı, Dilşad İsmayılova, Pirallahı Rayon Icra Hakimiyyətinin nümayəndəsi Hikmət Şikarov, məktəbin direktoru Rafail Musayev, şagirdlər və müəllimlər iştirak edib.

Aparatın şöbə müdiri F.Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib.

Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq Hüquqları Konvensiyasında təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.

Təlimlərdə Ombudsman təsisatı tərəfindən “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilib və məktəb kitabxanasına da vəsaitlər hədiyyə edilib.

Təlimin sonunda fəal iştirak edən şagirdlər Ombudsmanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin imzaları ilə Sertifikatla, prosesdə yaxından iştirak edən direktor və müəllimlər təşəkkürnamə ilə təltif edilib.

Çilov adasında belə tədbirin ilk dəfə həyata keçirildiyi üçün Hikmət Şikarov və məktəbin direktoru Müvəkkilə təşəkkürünü bildirib, bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin davamlı olmasını arzu ediblər.

Səfər çərçivəsində Aparatın əməkdaşları SOCAR-ın Azneft İstehsalat Birliyinin “28 May” NQÇİ-nin uşaq baxçasına gedərək, orada uşaqların qidalanması, asudə vaxtlarının təşkili və təlim prosesi ilə tanış olub, yaradılmış şəraitin uşaqların inkişafına xidmət etdiyi müşahidə edilib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib