Odlar Yurdu Universitetindən “diplom” iddiaları ilə bağlı açıqlama

Odlar Yurdu Universiteti diplom qalmaqalı ilə bağlı məlumat yayıb:

“Odlar Yurdu Universiteti olaraq bu cür paylaşımları absurd məlumat kimi qiymətləndiririk. Bildiyiniz kimi Odlar Yurdu Universiteti Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyevin xeyir-duası ilə yaradılmış ali təhsil müəssisəsidir. Universitetin təsisçisi və rektoru prof. Əhməd Vəliyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən Partiyanın üzvü, ərazi ilk təşkilatının rəhbəri və İlham Əliyev siyasi kursunun fəal təbliğatçısıdır.

Eləcə də məlum olduğu kimi Əhməd Vəliyev YAP üzvü kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü, eyni zamanda Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi, təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvanı” adlı kitabın müəllifidir.

Odlar Yurdu Universiteti ölkə prezidenti cənab İlham Əliyevin həm daxili, həm xarici siyasi kursunu daim dəstəkləyən ali təhsil müəssisələrindən biridir, fəaliyyət göstərdiyi illər ərzində dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib.

İctimai həyatda onun çoxsaylı professor-müəllim heyəti və tələbələri daim öz aktivliyi ilə seçilir. Bu cür məlumatları yalnız tələbə qəbulu öncəsi məqsədyönlü qarayaxma kampaniyası kimi qiymətləndiririk.

Hesab edirik ki, Odlar Yurdu Universitetinin bu gün dayanıqlı bir təhsil müəssisəsi olması, eləcə də cəmiyyətdə, ictimaiyyətdə böyük nüfuza malik olması bəzi insanlar tərəfindən qəbul edilmir.

Düşünürük ki, xalqımız nəyin necə və kimin kim olduğunu çox gözəl anlayır və başa düşür ki, formalaşdırılmağa çalışılan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq, son illərdə qazandığımız uğurları, həmçinin universitetimizin nüfuzunu azaltmaq məqsədi daşıyır. Xatırladaq ki, Odlar Yurdu Universiteti YÖK tərəfindən tanınan ilk və yeganə özəl universitetdir.

Əminik ki, bu cəhdlər heç bir nəticə verməyəcək. Həqiqətləri hamı bilir, lazım gəlsə ictimaiyyətə çatdırmaq üçün də kifayət qədər imkanlarımız vardır. Məlumatların hansı mənbə tərəfindən işıqlandırılması hal-hazırda universitet rəhbərliyi tərəfindən araşdırılır. Zərurət yaranacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir