İran Prezidentinin müşaviri həyat yoldaşını güllələdi
Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.
Qadın aldığı yaralardan yerindəcə ölüb.Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.
Qeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. MediaZona.Az