“Müstəqil, qüdrətli Azərbaycanın memarı” başlığı altında tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Müstəqil, qüdrətli Azərbaycanın memarı” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının  Aparat rəhbəri İlqam Əskərov Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişafı yolunda xidmətlərindən bəhs etdi. ” Otuz ildən artıq bir müddətdə  Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını, siyasi fəaliyyətini xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq misilsiz irəliləyişə nail olmuşdur” – deyə bildirildi.

“Abşeronneft” NQÇİ-nin baş mühəndisi İman ismayılov çıxış edərək bildirdi ki, Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, dərin zəka sahibi, mahir idarəçilik qabiliyyətinə malik lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Belə liderlər xalqımızın tarixində də yetişmiş və onlar Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir.

“Abşeronneft” NQÇİ-nin Sosial-İnkişaf şöbsinin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov çıxış edərək qeyd etdi ki, 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

“Abşeronneft” NQÇİ-nin rəis müavini Ələddin Mürsəlov çıxışında Ümummilli lider Heydər Əliyevin neft strategiyasından, 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”ndən və bu gün bu strategiyanın davamı olaraq həyata keçirilən neft-az layihələrindən bəhs etdi.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov bir daha Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsini gənclərə tövsiyyə etdi.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi