Ukrayna Azərbaycanlıları Radası Ulu öndəri andı – FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Ukraynanın Kiyev şəhərində qeyd olunub.

Ukrayna Azərbaycanlıları Radası (UAR) tam tərkibdə Ulu öndərin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Abidə önündə çıxış edən Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev Ümummilli lider Heydər Əliyevin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib. Tələt Əliyev qeyd edib ki, dövlətlərarası münasibətlərin bugünkü səviyyəsi illər öncə atılmış düşünülmüş siyasətin nəticəsidir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynadakı Azərbaycan Diasporunun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu bildirib. Hikmət Cavadov deyib ki, hələ illər öncə Ümummilli liderin Ukraynaya səfərləri və bu səfərlər çərçivəsində burada yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub: “Sağlam təməllər üzərində qurulan bu hərəkat Ümummilli liderdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir.  Bu siyasətin əsası qoyulduğu kimi də inkişaf etdirilir. Heydər Əliyev böyük siyasətçi idi və hər zaman yaddaşlarda elə də qalacaq”.

Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə Heydər Əliyevin əziz xatirəsinin təkcə Azərbaycan deyil, Ukraynada da xatırlandığını və uca tutulduğunu vurğulayıb: “Heydər Əliyevin Ukrayna ilə qurduğu münasibətlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun nəticəsidir ki, bu gün hər iki dövlət öz möhkəm dostluq əlaqələrini davam etdirməkdə maraqlıdır”.

Sonra çıxış edən Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədən yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını bildirib: “Heydər Əliyev hər zaman gələcək nəsillərə dəyər verib. Onun gənclərə göstərdiyi diqqət və qayğı misilsiz olub. Bu baxımdan bu gün gənclər Heydər Əliyevin siyasi xəttinə böyük önəm verir və daim dəstəkləyirlər”.MediaZona.Az

 

 

 

 

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi