Patriarx Kirill: “Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət …”

Moskva və bütün Rusiyanın patriarxı Kirill görüş təklifini qəbul etdiyinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və bütün ermənilərin katolikosu II Qareginə təşəkkür edib.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, patriarx Moskvada keçirilən üçtərəfli görüşdə bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz.

 

“Ermənistan və Azərbaycan xalqlarının irəliləmək, sülhü möhkəmlətmək istəyi var. Mən bu üçtərəfli görüşü keçirmək imkanını yüksək qiymətləndirirəm. Çünki din adamları kimi, biz siyasətçilərdən fərqli dildə danışırıq. Bizə işlərimizə yardımçı olan daxili potensialımız var və o potensial fikir ayrılığını aradan qaldırmaqda bizə kömək edir.

 

Bizim tanrıya müraciət etmək bacarığımız sübhəsiz ki, mürəkkəb problemlərin həllində bizə yardımçı olur. Ümid edirəm ki, müqəddəs Danil monastırının divarları arasında biz ümumi razılığa gələ biləcək, problemin həlli yollarına ümumi münasibətimizi əks etdirən mətn işləyib hazırlaya biləcəyik”, – deyə Kirill qeyd edib.

 

Öz növbəsində, II Qaregin Azərbaycan tərəfinin silahlanmaya üstünlük verməsindən narahatlıq ifadə edib.

 

O, Azərbaycan tərəfini sülh danışıqlarından yayınmaqda günahlandırıb. Din xadimi deyil, siyasətçi kimi danışan II Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da ittiham edib.

 

Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt geniş miqyaslı müharibə apardığını söyləyib, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.

 

II Qaregin snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi