Allahşükür Paşazadədən QARABAĞ açıqlaması

 

“Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cur yanaşsaq, çətin ki, həll yoluna gələk”.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya paytaxtında Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qareginin iştirakı ilə keçirilən üçtərəfli görüşdə deyib.

 

“Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub. Gəlin, bu gün Kirilin rəhbərliyi ilə dövlət rəhbərlərimizə çağırış edək ki, münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırsınlar.

 

Milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir. Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır”, – deyə QMİ sədri qeyd edib.

 

A. Paşazadə bildirib ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov yaxınlarının qəbrini ziyarət etmək istəyərkən Kəlbəcərdə girov götürülüb: “Girovlar, əsirlər azad olunmalıdır. Biz ilk addımı atmalıyıq ki, insanlar öz ata-baba yurdlarına qayıtsınlar. Sadəcə, görüşmək xatirinə görüşməməliyik.

 

Biz bir yerdə yaşayacağıq, heç kəs heç yerə getməyəcək. Ona görə də bizim görüşün nəticəsi olmalıdır.

 

Mən bir daha erməni katolikosuna müraciət edirəm. Bu görüşdən sonra yenə əvvələ qayıtmayaq. Bir daha qeyd edirəm ki, mən bu görüşə böyük ümidlə baxıram”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi