Ukraynalı deputat: “Azərbaycanlıların birliyi bizə nümunə olmalıdır”

Ukrayna – Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü Borislav Bereza Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayında iştirakından danışarkən deyib ki: – “Bu gün mən Ukrayna – Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü kimi Ukrayna azərbaycanlılarının birləşdirici qurultayında iştirak etdim. Məni bu qurultaya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev dəvət etmişdi. Və inanın ki, nazir statusunda olan azərbaycanlı məmurun Ukraynaya gəlişi möhtəşəm bir hadisənin gerçəkləşdiyini təsdiqləyirdi”.

Borislav Bereza bildirib ki, indiyədək dağınıq şəkildə fəaliyyət göstərən Ukrayna azərbaycanlılarının diaspor təşkilatları daha əvvəl vahid bir qurumda birləşsəydi, öz maraqlarının qorunması və mədəniyyətin inkişafı baxımından mühüm işlər görmüş olardı.

Ukraynalı deputat nəhayət belə bir nümunənin gerçəkləşdirilməsindən məmnun qaldığını gizlətməyib.

O,  Ukrayna azərbaycanlılarının ümumi maraqlar naminə bir-birinə güzəştə gedərək, aralarındakı ziddiyyətləri və şəxsi ambisiyaları kənara qoyub birləşmə istiqamətində atdıqları addımı mühüm qərar  kimi dəyərləndirib:-“Bu nümunədən bizim hamımız öyrənməliyik. Və ümid edirəm ki, azərbaycanlıların ümumi məqsədlərə nail olmaq üçün vahid qurumda birləşməsi, nümayiş etdirdikləri birlik yaxın vaxtlarda məhz Ukrayna cəmiyyəti üçün trend olacaq. Çünki birləşməsək, bizim Ukraynada maksimum müsbət nəticəyə nail olmağımız mümkün deyil”, – deyə ukraynalı deputat bildirib.

Borislav Berezanın sözlərinə görə, o, Ukraynanı ikinci vətənləri sayan, bu ölkədəki azərbaycanlıların birləşmə prosesini yaxından izləməyə çox şad olub. Deputat bir daha bu birliyin Ukrayna cəmiyyəti üçün yaxşı nümunə olduğunu qeyd edib:-“Çünki müasir dünyada yalnız gücümüzü  birləşdirməklə səmərəli fəaliyyət göstərə və maksimum tez nəticə əldə edə bilərik! Ümid edirəm ki, cəmiyyətimizdə birləşmək istəyi həyata keçiriləcək”.

Borislav Bereza Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini də müsbət qiymətləndirib:-“Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi kimi və ya ona oxşar nazirliyin Ukraynada da yaradılması çox faydalı olardı. Bu qurum bütün dünyadakı Azərbaycan diaspor təşkilatlarının təkcə qarşılıqlı əlaqəsinin qurulması ilə məşğul deyil, həm də xalqın mədəni kökünü qoruya bilir, birləşməyi təmin edir. Eyni zamanda faktiki olaraq bütün dünyaya yayılmış diasporların əsasında Azərbaycan üçün qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər bir təsir rıçaqı lazımdır. Ukraynalıların da dünyaya səpələndiyi əslində heç kimə sirr deyil. Ona görə də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlamasını gözləmək qalır”.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi