Müqəddəs “Qurani-Kərim”ə qarşı təxribat

Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib. Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.

Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçlılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.

Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.

Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazını protest etmiş və “Qurani-Kərim” kitabını yandırmışdı.

Xatırladaq ki, daha öncə Yeni Zelandiyada müsəlmanlara qarşı qətliam törədilmişdi. İki məscidə silahlı hücum nəticəsində 50 nəfər ölmüşdü. MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib