Almaniyada “Azərbaycan sülh və ədalət istəyir” şüarı altında aksiya keçirilib

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür  və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aksiya keçirilib. Avropanın aparıcı dövləti olan Almaniyada insan azadlığı və hüquqlarına həssas yanaşılması, bu ölkənin ATƏT-də nüfuz sahibi olması və ən əsası beynəlxalq hüquq və prinsiplərə hər zaman hörmətlə yanaşması belə bir aksiyanın keçirilməsinə stimul verib.

Aksiya “Azərbaycan sülh və ədalət istəyir!”,  “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018 uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında keçirilib.

Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi  və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya çərçivəsində Azərbaycan Respublikası haqqında tarixi məlumatları, Dağlıq Qarabağın tarixini, Azərbaycanın ərazi bütövlüyünə dair BMT qətnamələrini, Azərbaycan xalqının etnik tərkibi haqqında məlumatları özündə əks etdirən minlərlə vərəqə (flayer) Alman cəmiyyətinin nümayəndələrinə və turistlərə paylanılıb.

Aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcəkdir.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi