Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Haaqadakı səfiri ilə görüşüb

Avropa Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətindən xəbər verilir ki, yanvarın 25-də  Konqresin prezidenti Sahil Qasımov və idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Gürcüstanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə göruşüblər.

Görüş zamanı Sahil Qasımov qeyd edib ki, Axalkalakinin Buqaşen gəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana qoyulan heykəl Avropada yaşayan etnik azərbaycanlıların narahatlıgına səbəb olub. Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur. Bu iki xalq qardaş xalqlardır və qardaşlığın pozulmaması üçün bu cür halların qarşısı alınmalıdır- deyə S.Qasımov bildirib.

Görüş zamanı Gürcüstanın Haaqadakı yüksək rütbəli diplomatı Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğunun möhkəmliyindən danışıb və bu dostluğun dəfələrlə tarixin cətin sinaqlarından şərəflə çıxdığını qeyd edib. Azərbaycanla Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Georgi Şarvaşidze iki dövlət arasında münasibətlərin ciddiliyini nəzərə alaraq məsələ ilə bağlı araşdırma aparıldıgını qeyd edib.

Georgi Şarvaşidze ilə söhbət əsnasında Sahil Qasımov GUAM təşkilatının — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalamasını xatırladaraq Avropada məskunlaşmış Gürcüstan və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərən Gürcüstanınn “Bagration” təşkılatının sədri  Maya Adiaşvili ilə mövcud problem barədə müzakirələr aparıb.

Xanim Adiaşvili bildirib ki, bu ağlasığmaz bir addımdır və ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq.

Maya Adiaşvili söz verib ki, Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinə bildirəcək. MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib