“Təhsildən – peşəyə” başlığı altında tədbir keçirilib

27 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təhsildən – peşəyə” başlığı altında tədbir keçirildi. 168 №-li orta məktəbdə keçirilən tədbirdə Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim kollektivlərinin üzvləri, rayon ziyalıları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çışıx edərək qeyd etdi ki, peşəyönümü gənc nəslin təlim-tərbiyə işləri sistemində mühüm yer tutan problemlərdən biri olub, yeniyetmə və gənclərə həyatda öz yerini düzgün tapa bilməsi, özlərinin arzusuna, marağına, başlıcası isə qabiliyyət və bacarığına müvafiq peşə və ixtisas seçmələrində kömək göstərir. “Uşaqların elm öyrənməsi, sənət seçməsi, peşə sirlərinə yiyələnməsi  kimi məsələlər gənc nəslin formalaşmasında xususi yer tutur. Yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir” – deyə bildirildi.

Tədbirin qonağı kulturoloq, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov bildirdi ki, peşə seçən hər bir gənc öz peşəsinə, ixtisasına ürəkdən bağlansın, onu sevsin, daha böyük uğurlar əldə etməyə çalışsın və onda seçdiyi peşə ilə gələcək karyerasını qura bilmək əminliyi yaransın ki, bununla da  hər kəs öz bacarıq və qabiliyyətinə müvafiq peşəyə , ixtisasa yiyələnmiş olsun. Gələcəkdə cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında daha fəal, yaradıcı fəaliyyət göstərə bilsin. Hər kəs həyatda öz yerini düzgün tapa bilsin. Ölkədə kadr axıcılığına yol verilməsin.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili öz çıxışında İctimai Birliyin fəaliyyətindən bəhs edərək, birliyin əsas məqsədinin şagirdlərin peşəyönümü ilə bağlı düzgün istiqamətləndirilməsini təşkil etmək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İbtidai sinif şagirdlərinin ifasında peşələrlə bağlı nümayiş olunan musiqili kompozisiya, yuxarı sinif şagirdlərinin peşə seçimi ilə bağlı kulturoloq, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovla  dialoqları və keçirilən test  tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi  sədrinin müavini Aytən Əsgərova İradə Əlilinin yeni çapdan çıxmış “Xocalı….Şahidlər danışır” kitabını 168 saylı orta məktəbin direktoru Mehparə Mansırovaya təqdim etdi.

Sonda kulturoloq, görkəmli alim Fuad Məmmədov Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və pedoqoji kollektiv üzvləri ilə səmimi görüşə görə minnətdarlığını bildirərək, məktəblilərə öz tövsiyələrini verib, gələcək işlərində uğurlar arzulayıb.MediaZona.Az

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi