Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da olan nümayəndə heyəti Los-Ancelesdən Vaşinqtona gəlib. Nümayəndə heyətinin Vaşinqton görüşləri Azərbaycan Səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb.

Daha sonra ABŞ Dövlət Departamentində Siyasət və Qiymətləndirmə direktoru Stefen Guice ilə görüş keçirilib. Görüşdə soydaşlarımızın inteqrasiyası, Azərbaycan dili və mədəniyyətinin təbliği proqramlarının təşkili, soydaşlarımıza təhsil və peşə qabiliyyətinin artırılması imkanlarının yaradılması, uğur qazanmış amerikalı azərbaycanlılara Dövlət Departamenti tərəfindən xüsusi dəstək göstərilməsi və soydaşlarımızın sahibkarlıq imkanlarının təşviqi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin növbəti görüşü Dünya Bankının binasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyasında baş tutub. Görüş zamanı, ilkin tanışlıqdan sonra, burada çalışan və təcrübə keçən azərbaycanlıların sayının artırılması, azərbaycanlı gənclərin bu qurumlarda karyera qurmaları üçün ölkəmizdə və xaricdə sistemli seminarların təşkili, qurumun xarici əməkdaşları arasında ölkəmizin təbliğ edilməsi və milli-mədəni irsimizin tanıdılması üçün bir sıra təkliflər müzakirə edilib.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıcla keçirib. Görüş zamanı, bütün dünyada, iki qardaş ölkənin xalqları və dövlətləri arasında qüvvələrin briləşdirilməsi, bu istiqamətdə konkret və strateji planın qurulması müzakirə edilib. Hər iki xalqın ABŞ-da fəaliyyət göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi qərara alınıb.

Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi