Dövlət Komitəsinin sədri Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Diasporla İş üzrə Dövlət Komitəsində olub. Səfiri salamlayan Dövlət Komitəsinin sədri Azərbaycanla Meksika arasında siyasi və iqtisadi əlaqələrdən danışaraq diaspor sahəsində də münasibətlərin inkişaf etdirilməsinin vaicbliyini vurğulayıb. Komitə rəhbərliyi qurumun fəaliyyəti və son 6 ayda həyata keçirilən yeni layihələr haqqında məlumat verib. Azərbaycan Respublikasının diaspor siyasətində yeni strategiya hazırlandığı, diaspor fəaliyyətinin genişləndirilməsi üçün informasiya texnologiyalarının və medianın imkanlarından daha geniş istifadə edildiyi diqqətə çatdırılıb. Bu sahədə Meksika diasporunun təcrübəsinin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Xuan Rodriqo Labardini Flores iki ölkə arasındakı əlaqələrdən bəhs edərək son dövrlərdə münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Daha sonra Meksika diasporunun dünyadakı ən güclü diasporlardan biri olduğunu qeyd edən səfir təkcə Amerika Birləşmiş Ştatlarında 12 milyon meksikalının yaşadığını bildirib. Xaricdəki istedadlı meksikalıları eyni şəbəkədə birləşdirən xüsusi proqram haqqında məlumat verən diplomat dünyadakı Azərbaycan və Meksika icmaları arasında əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksikanın xaricdəki meksikalılarla işləyən dövlət qurumu arasında memorandumun imzalanması, xaricdəki Azərbaycan və Meksika diaspor təşkilatları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi qərara alınıb.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi