Hikmət Şikarov: Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yürütdüyünü təsdiqlədi

Artıq müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan bununla beynəlxalq arenada öz tarixi mədəniyyətinin nə qədər qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir. Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Belə bir tədbirin  Azərbaycanda keçirilməsi təbiidir. Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır. Buna görə də qloballaşan dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması, problemlərin həllinin, inkişaf yollarının müzakirə olunması üçün belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca vacibdir.

VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkənin nümayəndələri qatılıb Bu, o deməkdir ki, Forumda müzakirə edilən  bütün mövzular həmin ölkələrə çatdırılacaq. Forumda Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgənin erməni işğalı altında olmasını və Azərbaycanın  humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olmasını, işğal edilmiş ərazilərdə mədəni sərvətlərimizin, tarixi, dini abidələrimizin dağıdılmasını forum iştirakçılarına çatdıran Prezident İlham Əliyev  bununla bağlı beynəlxalq səviyyədə qəbul olunan qərar və qətnamələrin yalnız kağız üzərində qaldığını və icra edilmədiyini də vurğulamışdır. Təbii ki, bu faktların dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə çatdırılması, Azərbaycan Respublikasının üzləşdiyi ağır fəlakətlərdən dünya ictimaiyyətinin bir daha xəbərdar olmasına və qloballaşan dünyada beynəlxalq müstəvidə əməkdaşlığa can atan bir dövlət kimi tanınmasına stimul yaradacaq və tərəfdaşlarının sayının artması üçün bir impuls olacaqdır.

Bu gün dünyanın müxtəlif ölkələrində əks-səda doğuran Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq arenaya Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətlərin Azərbaycanda azad və demokratik siyasi mühit yaratdığını və dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yeritdiyini bir daha təsdiqləmiş oldu.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib