Arxangelsk qubernatoru Dövlət Komitəsində qəbul edildi

Bakıda keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafında diasporun rolunu vurğulayıb. Qeyd edib ki, bu gün Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətini uğurla davam etdirməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, biznes mühitində aktivliy, siyasi vəzifələrdə təmsil olunması təqdirəlayiq haldır.

Səfir Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırldaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqalərin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yubileyinin keçirilməsi, oktyabr ayında Azərbaycan məhsullarının sərgisinin təşkili və digər tədbirlər müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirilməsinin sübutudur.

Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən İqor Orlov isə Arxangelsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlıların vilayətin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynadığını vurğulayıb. Azərbaycanla, ölkənin regionları ilə əməkdaşlığın formalaşmasında diasporun vacib əhəmiyyəti olduğunu vurğulayan qonaq Komitə rəhbərliyini Arxangelsk vilayətinə dəvət edib.

Görüşdə Azərbaycan diasporu ilə Arxangelsk vilayətinin yaxın gələcəkdə həyata keçirəcəyi birgə layihələr haqqında da müzakirələr aparılıb. Arxangelskdə “Dostluq” parkının açılması, ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, qardaşlaşmış şəhərlərin olması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi