Stokholmda Azərbaycan tədris kursları açılıb

Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib. Tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir.

SAF kurslarında Azərbaycan dili ilə yanaşı, isveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin, burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.

SAF-ın da daxil olduğu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin isə xaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin qorunması üçün belə kursların əhəmiyyətini vurğulayaraq, valideynləri bu məsələdə daha fəal olmağa çağırıb. Bu kursların həmçinin, İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydası da vurğulanıb.

Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycana səfərlərinin təşkili də planlaşdırılır.

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi