Yunus Oğuz: “Paşinyan daxili gərginlikdən qaçır”

Paşinyanın daxildə vəziyyəti ürəkaçan deyil. Əslində bu gün Ter-Petrosyan, o cümlədən də Sarkisyan qüvvələri cəmləşərək Paşinyanı devirərək, gələcək seçkidə qələbə qazanmaq istəyirlər. Gərək olarsa, bunu vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxara bilərlər”.

Bu fikirləri  “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

O bildirib ki, əslində Paşinyan Ermənistanın daxilində vətəndaş müharibəsinin hazır olduğunu hiss edir: “Balaca bir qığılcım, ölkədə daxilində silahlı toqquşmalara gətirib çıxaracaq. Ona görə də, Paşinyan bu məsələlərdən qaçmaq üçün ölkəmizin daxili işlərinə qarışmağa çalışır. Gördüyünüz kimi, Paşinyanın oğlunun qanunsuz şəkildə Dağlıq Qarabağda xidmət etməsi ilə bağlı Azərbaycanda ajeotaj yaranması, heç kim də bu haqda fikir bildirib, müdaxilə etmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin oğlunun hərbi xidmətdə olması onlar üçün böyük problemə çevrildi. Dövlət başçısının oğlunun hərbi xidmət keçməsi təbiidir. Gələcəkdə gərək olarsa, Dağlıq Qarabağın azadlığı uğurunda iştirak etməlidir. Normal dövlətdə bunlar normal qarşılanır. Amma Paşinyan ölkəsində problemlərdən qaçmaq üçün bunu əlində bayrağa çevirməyə çalışdı”.

Y. Oğuz qeyd edib ki, Paşinyanın bütün bunlar azmış kimi ölkəmizə qarşı “hünərləri varsa, gəlib müharibə etsinlər” kimi atmaca atması daxildə pik vəziyyətində olan gərginliyi normallaşdırmaq məqsədi daşıyır: ” O, vətəndaş müharibəsindən qaçmağa çalışır. Bundan sonra Paşinyanın Azərbaycana qarşı yeni ittihamları irəli sürəcəyinin şahidi olacağıq. Çünki, Azərbaycanın ordusunun güclənməsi, daxili həmrəylik onu özündən çıxarır”.

Baş redaktorun sözlərinə görə, daxili həmrəylik ümumilikdə Ermənistanda böyük narahatçılığa səbəb olur: ” Paşinyan bunun qarşısında heç nə edə bilmədiyi üçün müxtəlif yollara əl atır. Paşinyan bu gün hakimiyyətdə qalmaq üçün öz populyar şüarlarından istifadə etməkdədir. lakin o dərk etmir ki, hakimiyyətdə bu cür şüarlardan qaçmaq lazımdır. O özünü küçədə mitinqlərdə hesab etdiyi üçün real addımlar əvəzinə, lazımsız şüarlar səsləndirməklə kifayətlənir. O Azərbaycana yönəlik mesajlar verdikdə daxildəki vəziyyət nisbətən sakitləşir. Lakin bu cür addımların ömrü uzun olmayacaq. Seçki ərəfəsində Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır”.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi