Rusiyanın hərbi təyyarəsi Aralıq dənizində itib

Rusiyanın göyərtəsində 14 hərbçi olan “İl-20” təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Sentyabrın 17-si saat təqribən 23.00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın “İl-20″ təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib”, – deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd “F-16” təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib.

Həmçinin bildirilir ki, Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın “Auvergne” freqatından raket atıldığını da qeydə alıb.

Qeyd olunur ki, Rusiyanın Xmeymim bazasının komandanlığı “İl-20” təyyarəsinin itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı təşkil edib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi