ABŞ-ın Yaxın Şərqdəki bəzi ölkələrdən getməsindən sonra oradakı situasiya Suriya ssenarisinə bənzəyəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, bu ölkələr sırasına Əfqanıstan, İraq və Liviyanı aid etdiyini bildirib:
“Bu dövlətlərdə Suriya variantı bərpa edilməyə başlanacaq. Əgər noyabrda keçirilən seçki Respublikaçılar Partiyasının xeyrinə başa çatsa, hansısa hərəkətlər ola bilər.






