“Kanada silahı PKK terrorçularının əllərinə keçib” – Türkiyə araşdırma tələb edir

Türkiyə Kanada hakimiyyətinə PKK terrorçularının Kanada silahının istifadəsi ilə bağlı faktı araşdırmaq tələbi ilə müraciət edib.

Daha öncə Kanadanın bir sıra KİV-lərində “Kanada istehsalı olan silah PKK terrorçularının əlinə keçib” adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, PKK terrorçularında NEA-15 markalı Kanada silahı aşkarlanıb.

Məlumata əsasən, silah Türkiyə SQ-in Mardində keçirdiyi xüsusi əməliyyat zamanı aşkar olunub. Məhz bu əməliyyat çərçivəsində, mağarada keçirilən axtarışlar zamanı Kanada nümunəli avtomatlar tapılıb.

Silahın Ontario vilayətində “North Eastern Arms” şirkəti tərəfindən istehsal olunduğu bildirilir. Şirkət nümayəndəsinin sözlərinə görə silahın satışı “Kanada hakimiyyətinin razılığı ilə” həyata keçirilib.

Məqalənin müəlifi qeyd edir ki, 2016-ci ildə İraqın şimalında hərbi birləşmələrə NEA-15 avtomatları satılıb. Bununla yanaşı, qeyd olunur ki, şirkətin təmsilçiləri regiona səfər də ediblər: “Həmin ildə Kanadadan İraq mindən artıq silah satılıb”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi