Fuad Muradov: “Yaxın zamanlarda ermənilərə çox böyük ciddi zərbələr endiriləcək”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

Komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, erməni diaspor təşkilatları çirkin niyyətlərindən əl çəkməsə, onlara ağır zərbə vurulacaq: “Erməni diasporu hazır olsun. Artıq bizim bütün istiqamətlərdə Azərbaycan diasporunda birləşmə prosesi gedir və erməni diasporu hazır olmalıdır ki, bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik, onlar çalışırlar ki, müxtəlif işlər həyata keçirsinlər. Diaspor təşkilatlarının birləşərək milli məqsədlərə çatmaları fəaliyyətində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq. Bu gün bizim torpaqlarımız işğal altındadır. Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox böyük ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən biri olan ərazi bütövlüyü məsələsidir”.

F.Muradov həmçinin dünya azərbaycanlılarını birləşməyə çağırıb:

“Azərbaycanlılara səslənərək deyirəm ki, Azərbaycan naminə, müstəqilliyin qorunub saxlanması istiqamətində atılan addımlarında biz onların yanındayıq. Bir daha erməni diasporuna xəbərdarlıq edirəm ki, onlar öz çirkin əməllərindən vaz keçsinlər. Bizim diaspor təşkilatlarımız birləşir”.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi