Diaspora Komitəsinin yaradılmasının ildönümü qeyd edilib – FOTOLAR

İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

MediaZonaAz xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.

Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.

Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.

Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.

Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.

Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi