Sloveniyada təhsil alan gəncimizdən mühüm təqdimat – FOTO

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri genişlənir, Avropanın aparıcı universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir.

Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərdə atılan addımlardan biri də Sloveniyanın Nova Goritsa Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetin “Aqronomluq” fakültəsinin tələbəsi Cavidan Ağazadənin təhsil əldə etməsidir.

Cavidan Ağazadə təcrübəli mütəxəssislər tərəfindən aparılan dərslərdə tələbələr üçün torpaqların səmərəli idarəedilməsi, kənd təsərrüfatının əhəmiyyəti, yaşıl iqtisadiyyat, ətraf mühütin qorunmasının əhəmiyyəti kimi mövzular barədə biliklərin verildiyini, eyni zamanda gənclərin əldə etdikləri bilik və təcrübələri tətbiq etməklə ətraf mühit və ekoloji problemlərə aid məsələlər üzərində çalışıldığını qeyd edib.

Sloveniyanın Nova Goritsa Universitetində təhsil alan Cavidan Ağazadənin hazırladığı yeni təqdimatın məqsədi, kənd təsərrüfatı sahəsində innovasiyaların inkişafı və tətbiqi, gənclərin sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsi, əldə olunan biliklərin tətbiq imkanlarının genişləndirilməsidir. Təqdimatın əsasında əldə edilən yeni biliklər Azərbaycanda kənd təsərrüfatının innovativ inkişafını dəstəkləmək missiyasına əsaslanır.

Nova Gorica Universiteti 1995-ci ildə yaradılıb. Universitet Sloveniyanın qərb hissəsində, İtaliya ilə sərhəddə yerləşir. 5 fakültə, 6 laboratoriya və 6 tədqiqat mərkəzindən ibarət olan Nova Goritsa Universitetində təhsilin üstünlükləri hər bir tələbəyə praktiki olaraq fərdi yanaşma, innovativ tədqiqata cəlb edilmə, praktiki təcrübənin əldə edilməsinə əsaslanır.