Emin oğlanları ilə bayram etdi – VİDEO

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra incəsənət nümayəndəsi fəxri ada layiq görülüb. Siyahıda müğənni-bəstəkar Emin Ağalarovun da adı var. O, İlham Əliyevin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən, “Xalq artisti” adını alıb.

Müğənni sevincini sosial şəbəkədə bildirib. E.Ağalarov oğulları Əli və Mikayılla videosunu paylaşaraq “Bayram edirik” yazıb.