Sərnişin təyyarəsi qəzaya uğradi -113 ölu / VİDEO

Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Xarici mətbuat xəbər verir ki, “Cubana de Aviacion” şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb.
Qeyd edilir ki, təyyarədə təxminən 116 nəfər olub. Onlardan yalnız 3 nəfər sağ qalıb.
Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.