Fətullah Gülənin ekstradisiyası barədə qərar veriləcək

ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək.

Bunu “TASS”a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.

O əlavə edib ki, ABŞ bu məsələ ilə əlaqədar qərarı Türkiyə hökuməti iş üzrə sənədləri təqdim etdikdən sonra qəbul edəcək: “Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı bizə verə biləcəyi istənilən materialları nəzərdən keçirəcəyik. Biz ekstradisiya barədə qərarı faktlar əsasında və ABŞ qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyik”.