Qızını zorlayan atanı qonşuları soyundurub işgəncə verdilər – VİDEO (16+)

Türkiyənin paytaxtı Ankara şəhərində 15 yaşlı qızına 1 ildir ki təcavüz edən kişi linç edilib.Türkiyə mətbuatı xəbər verir ki, 35 yaşlı Y.Ç  adlı ata 1 il öncə 15 yaşlı qızına təcavüz etməyə başlayıb. Hadisədən xəbər tutan ana qızını danışdırıb. 15 yaşlı qız anasına atasının əməllərindən danışdıqdan sonra ana polisə şikayət ərizəsi yazıb.

Hadisəni öyrənən ailənin qonşuları kişini tutaraq meşəyə aparıblar. Onlar qızına təcavüz edən atanı soyundurub döyməyə başlayıblar. Həmin anları isə lentə alıblar. Görüntülərdən də göründüyü kimi kişi öz qızına təcavüz etdiyini etiraf edib.