Rusiya agentinin qızından SON XƏBƏR

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın qızı Yuliyanın şüuru yerinə gəlib və hazırda danışır.

Bu haqda mənbələrə istinadən BBC telekanalı bildirib.

“O, müalicəyə yaxşı reaksiya verib, amma biz ona gecə-gündüz rejimində ixtisaslaşdırılmış tibbi yardım göstərməyə davam edirik”, – həkim Kristina Blanşard əlavə edib.

Sergey Skripal sabit kritik vəziyyətdə qalır.

 Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı martın 4-də İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib.