Əfqanıstanda neft tankeri partlayıb: ölənlər var

Əfqanıstanın şərqində, Kabil çayında neft tankeri partlayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Yerli “Pajvak” agentliyi partlayışın səhər saatlarında Cəlalabad şəhərinin yaxınlığında baş verdiyini yazır. Partlayış və yanğın zamanı ətrafdakı 40 mağazanı da alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir